HADİSƏ

Polis nəfəri silahdan ehtiyatsız davranmaq nəticəsində xəsarət alıb

Pols nəfəri xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.
O, xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam etdirilir.