ELM

NASA Yerin heyrətamiz yeni görüntüsünü yayımlayıb

Fotoda siz Karib dənizindəki mavi su ləkələrini, Hindistanın şimalındakı tarlalarda yanğınların tüstüsünü görə bilərsiniz.
Sputnik
BAKI, 2 dekabr - Sputnik. NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib.
Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasından buraxılmış NOAA-21 peykində yerləşir. Şəkil dekabrın 5-dən 6-dək gün ərzində çəkilmiş Yerin peyk görüntülərini birləşdirir. Fotoda siz Karib dənizindəki mavi su ləkələrini, Hindistanın şimalındakı tarlalarda yanğınların tüstüsünü görə bilərsiniz.
Milli Ekoloji Peyk İnformasiya Xidmətinin qeyd etdiyi kimi, VIIRS sistemi ətraf mühitlə bağlı, xüsusən də qasırğaların proqnozlaşdırılması üçün vacib olan buz, bulud, toz, əkinlər, okeanların vəziyyəti və onların səthinin temperaturu ilə bağlı mühüm məlumatlar təqdim edir.
Müşahidələr üçün ən vacibi Yerin bir qütbündən digər qütbünə hərəkət edən peyklərdir(APA).