HADİSƏ

Həftəsonu yol qəzalarında 10 nəfər həlak olub

Təkcə dünən Bakıda baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günləri) yol qəzalarında 10 nəfər ölüb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
HADİSƏ
Heydər Əliyev prospektində baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb