CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilin ilk gününün havası

Rayonlarda əsasən yağmursuz hava şəraitinin müşahidə olunacaq, bəzi yerlərdə duman olacağı gözlənilir.
Sputnik
BAKI, 1 yanvar - Sputnik. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam bəzi yerlərdə duman olacaq.
Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ölkə ərazisində havanın temperaturu 7-12°, Bakıda 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu olacaq.
Nisbi rütubət 65-75 % olacaq.
Yanvarın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərə duman düçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu 8-13° isti, dağlarda 3°-dək şaxta olacaq.