HADİSƏ

Heydər Əliyev prospektində baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb

"Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb.
Sputnik
BAKI, 1 yanvar - Sputnik. Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Bakıda ağır yol qəzası baş verib. Hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub:
"İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
Qeyd edək ki, "Toyota Prius"un ağır vəziyyətdə olan qadın sərnişini də xəstəxanada dünyasını dəyişib. Beləliklə, qəzada ölənlərin sayı 4 nəfərə çatıb.