CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il ərəfəsində Azərbaycanda araqlar neçəyə satılır? - FOTO

Bir müddət əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Yeni İl qabağı bazarda, marketlərdə bir çox məhsulların qiyməti qalxıb. Maraqlıdır, Yeni İl qabağı araqların qiyməti necədir? Sputnik Azərbaycan marketlərdə araqların qiyməti ilə maraqlanıb.
Bir sıra tanınmış brendlərə nəzər yetirək:
"Xortiça"nın orta ölçülü şüşəsi 14.20, böyük ölçülü şüşəsinin qiyməti 19.89 manatdır. "Absolute"un kiçik ölçülü şüşəsinin qiyməti 10.40, nisbətən bğyük ölçülü şüşəsinin qiyməti isə 12.80 manatdır. Böyük ölçülü "Organic Green" 14.25, "Drink House" 27.95-ə deyil 20.95 manatadır. "SHUSTOFF"un qiymətləri 10.20-10.99 manat arasında dəyişir. "LA" 49.75, "Yeni Raki" 38.13, "Russkiy Standart" 26.25 manat arasında dəyişir.
Ən ucuz araq isə "Rossiskiy Vodka"-dır. Onun qiyməti 2.49 manatdır. Ümumi olaraq isə araqların qiyməti təxminən 2-40-46 manat arasında dəyişir.
Marketlərdə arağın qiyməti nə qədərdir?
Çaxırların qiymətinə də nəzər yetirək
Bəzi çaxırların da qiymətində endirim var. Bəzi məhsullarda hətta 0.60 manatadək endirim var. "Chabiant" çaxırının qiyməti 13.49-dan 12.90 manata düşüb. "Hüsnü Cahan" çaxırının qiyməti 8.60-dan 7.74 manata düşüb. "Çaxır 1954" 10.55-dən 7.99 manata düşüb. Bəzi məhsullarda isə təxminən 2 manatadək endirim olub.
Ümumi vəziyyət necədir?
"Azad İtsehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açqılamasında bu haqda danışıb, bildirib ki, cari il ərzində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta araqlarla bağlı monitorinqlər aparıb:
Eyyub Hüseynov
"Məlum olub ki, ən bahalı restoranlarda, klublarda bahalı hesab edilən içkilərin əksəriyyəti saxtadır, naməlum mayelərdən hazırlanıb. Bununla bağlı dəfələrlə cinayət işi də açılıb. Düşünürəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bəzi səlahiyyətləri alınaraq bu quruma verilməlidir. Bu qurum bazarın saxta məhsullardan təmizlənməsində daha mükəmməl iş görür".
İstehlakçılar nəyi bilməlidir?
E.Hüseynov qeyd edir ki, hər bir istehlakçı bilməlidir ki, bu məhsulların üzərində aksiz markası olur: "Yəni, içkini açanda aksiz markası plomb kimi qırılıb düşməlidir. Lakin ölkədə saxta aksiz markası ilə satılan içkilər də var. Ona görə də içki alanda həm də aksiz markasına fikir vermək lazımdır. Aksiz markasının içində gümüşü zolaq var, onun içində Azərbaycanın gerbi olmalıdır. İçki ilə bağlı hansısa şübhə olarsa mütləq AQTA-nın 1003 qaynar xətti ilə əlaqə saxlamaq, məlumat vermək məsləhətdir".
Marketlərdə arağın qiyməti nə qədərdir?
Yararlılıq müddəti göstərilmir
Birlik sədri bildirir ki, istehsal olunan içkilərin təxminən 90 faizinin üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur:

"Əhali bilməlidir ki, satış şəbəkəsində araqların saxlanma müddəti 1, konyaklar 3 ildən, şərablar 6 aydan artıq deyil. Əhali arasında səhv bir düşüncə var ki, spirtli içki nə qədər qalarsa, o qədər yaxşı olar. Bu xüsusi çənlərdə, qablarda, temperaturda saxlanılan içkilərə aiddir. Üzərində istehsal tarixi və son yararlılıq müddəti olmayan içkiləri almaqdan imtina etmək lazımdır. Çünki bu içkilər köhnəlmiş içkilərdir".

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, nəticədə dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən "Gold Baku" və "Tunel" gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib.
Marketlərdə arağın qiyməti nə qədərdir?
Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.