BAKI, 31 dekabr - Sputnik. Rusiya və Çinin Ukrayna böhranının yumşaldılmasına kömək edə biləcək qarşılıqlı fəaliyyəti xarici təzyiq obyektinə çevrilib. Bunu RİA Novosti-yə Çinin Renmin Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun tədqiqatçısı Tszya Min deyib.
Onun sözlərinə görə, bu, dünyadakı vəziyyətin pisləşməsinə mane olur.
“Beynəlxalq diqqət mərkəzində olan Rusiya-Ukrayna münaqişəsinə gəlincə, Çin tərəfi dəfələrlə atəşkəsi və danışıqları təşviq etmək, bunun üçün şərait yaratmaq istəyini ifadə edib”, - deyə Min bildirib.
O qeyd edib ki, Çin hər cür səy göstərəcək, lakin çətin xarici şərtlər nəticə əldə edilməsini çox çətinləşdirəcək:
“Çin və Rusiya arasında RF-lə Ukrayna arasında geosiyasi münaqişəni yumşaltmağa kömək edə biləcək sıx əməkdaşlıq xarici təzyiq və məhdudiyyətlərə məruz qalmaqda davam edir. Bu, pisləşən beynəlxalq vəziyyətin öhdəsindən gəlməyi çətinləşdirir”, - deyə ekspert bildirib.
Tszya Minin fikrincə, iki böyük məsul güc olmaqla, tərəflər daha çox təmas nöqtələri axtarmalı, “Moskva və Pekini qlobal böhranların həlli üçün məkana çevirməlidirlər”.
Xatırladaq ki, cümə günü Vladimir Putin və Si Cinpin qapalı videokonfrans vasitəsilə danışıqlar aparıblar. Çin prezidenti, xüsusən, iki ölkənin birlikdə "hegemonizm və güc siyasətinə qarşı çıxan dünyanın bütün mütərəqqi qüvvələri ilə" birtərəfli fəaliyyət siyasətinə müqavimət göstərmək, habelə dövlətlərin suverenliyini və təhlükəsizliyini qorumaq üçün işləməyə hazır olduğunu bildirib. O, Çin və Rusiyanın enerji sahəsində əməkdaşlığı davam etdirməli olduğuna diqqət çəkib. Si Cinpin Putinlə danışıqlar zamanı həmçinin bildirib ki, onların rəhbərliyi altında Rusiya və Çin arasında əməkdaşlığın xüsusi dəyər kəsb etməsi daha da aydınlaşıb, münasibətlər daha yetkinləşib.