BAKI, 31 dekabr - Sputnik. 2023-cü ildə Rusiya-Çin münasibətləri inkişaf üçün yeni imkanlar əldə edəcək. Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu barədə Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə təbrik teleqramında bildirib.
“Yaxınlaşan 2023-cü ildə... Rusiya-Çin münasibətləri inkişaf üçün yeni imkanlar əldə edə bilər”, - deyə Si Cinpinin teleqramında bildirilir.
Çin lideri Rusiya prezidenti Vladimir Putinlə yeni ildə sıx əlaqə saxlamağa hazır olduğunu da bildirib.
“Prezident Putinlə sıx əlaqə saxlamağa və ölkələrimizi iki ölkənin xalqlarının rifahı naminə müxtəlif sahələrdə hərtərəfli strateji əməkdaşlığı və praktiki qarşılıqlı fəaliyyəti dərinləşdirməyə yönəltməyə hazıram”, - deyə Si Cinpinin teleqramında bildirilir.
Bir gün əvvəl Rusiya prezidenti ÇXR liderini Yeni il bayramları münasibətilə təbrik edərək, ölkələr arasında əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırıla biləcəyinə əminliyini ifadə edib. Müvafiq təbrik Kremlin saytında dərc olunub.