BAKI, 31 dekabr - Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pirotexniki və tezalışan vasitələrin gizli satışını həyata keçirən Şəhriyar Məmmədseyidovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azərtac-a verilən məlumata görə, Ş.Məmmədseyidov “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən “iş başında” yaxalanıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən külli miqdarda partlayıcı maddə və pirotexniki vasitə aşkarlanıb.
Ş.Məmmədseyidovun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.