RUSİYA

Ölkəmizin firavan və təhlükəsiz olmasını təmin etmək üçün hər şeyi edəcəyik - Medvedev

RF Təhlükəsizlik Şurasının sədr müavini ğlkə əhalisinə Yeni il münasibətilə təbrik ünvanlayıb.
Sputnik
BAKI, 31 dekabr - Sputnik. Rusiyanın düşmənləri onu sındırmağa və öz iradələrinə tabe etməyə çalışacaqlar, lakin buna nail ola bilməyəcəklər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yeni il münasibətilə təbrik məktubunda bildirib.
“Gələn il də asan olmayacaq. Rusiyanın düşmənləri bundan sonra da onu sındırmağa, öz iradələrinə tabe etməyə çalışacaqlar. Amma uğur qazana bilməyəcəklər. Biz birlikdəyik, çünki daha güclüyük”, - deyə o bildirib.
"Həqiqət arxamızda, qələbə isə həqiqətdə. Qələbə, mütləq bizim olacaq", - deyə Medvedev əlavə edib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti hər zaman rusların hüquq və azadlıqlarının, onların dilinin, mədəniyyətinin və inancının müdafiəsinə qalxacaq:
“Ölkəmizin və onun yeni ərazilərinin milyonlarla vətəndaşının həyatının firavan və təhlükəsiz olmasını təmin etmək üçün hər şeyi edəcəyik. Biz hər zaman xalqımızın hüquq və azadlıqlarının: dilinin və mədəniyyətinin, inancının və ümidinin müdafiəsinə qalxacağıq. Doğma yurdumuzun bu gününü və gələcəyini qorumaq”, - deyə Medvedev rusiyalılara ən xoş arzularını çatdırıb.
"Sizə bütün qəlbimlə cansağlığı, uğurlar və qarşıdan gələn ildə ən yaxşısını arzulayıram. Qoy her sey yaxsi olsun. Yeni iliniz mübarək", - deyə Medvedev vurğulayıb.