BAKI, 31 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin əmindir ki, rusiyalılar birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və ölkəni böyük və müstəqil saxlayacaqlar. Bu barədə Rusiya lideri ölkə əhalisinə Yeni il münasibətilə müraciətində deyib.
O, həmçinin onları keçmişdə olan inciklikləri qoyub bir-birlərinə sevgi sözləri deməyə çağırıb.
“Ölkəmizdə istənilən vaxt, hətta çox çətin olsa da, Yeni il qeyd olunurdu. Bu, hər kəsin sevimli bayramı olub və olaraq qalır, insanlarda ən yaxşı xüsusiyyətləri üzə çıxarmaq, ənənəvi ailə dəyərlərinin əhəmiyyətini, enerjini, alicənablığı, səxavət və inamı artırmaq üçün sehrli bir hədiyyəyə malikdir”, deyə Putin bildirib.
Dövlət naşçısı qeyd edib ki, Yeni ili qarşılayan hər kəs yaxınlarını sevindirməyə, onları diqqət və hərarətlə isitməyə çalışır:
"İndi keçmişdəki bütün şəxsi narazılıqları və anlaşılmazlıqları bir kənara qoyub, əziz insanlara incə hisslərinizi, sevginizi, hər an bir-birinizə qayğı göstərməyin nə qədər vacib olduğunu söyləmək üçün ən yaxşı vaxtdır".
Putin bu ürəkdən gələn sözlərin hər kəsə mümkün qədər mənəvi güc verəcəyinə ümid etdiyini və ölkə əhalisinin "birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyinə" və Rusiyanı "böyük və müstəqil saxlayacağına" əminliyini ifadə edib.
"Biz yalnız irəli gedəcəyik, ailələrimiz və Rusiya naminə, yeganə sevimli vətənimizin gələcəyi naminə qalib gələcəyik", - o əlavə edib.