BAKI, 31 dekabr - Sputnik. Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda bayram konsertləri keçiriləcək.
Bu barədə Azərtac-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində üç yerdə - Natəvanın heykəlinin qarşısında, Xaqani bağında və Fəvvarələr bağında (“McDonald's”ın qarşısı) şəhər sakinləri və qonaqlar üçün konsert proqramları təşkil ediləcək (muğam - trio, skripka – trio, caz musiqisi).