BAKI, 30 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 77%-i güvənir, 79%-i onun vəzifəsində yaxşı işlədiyinə inanır. Bu barədə İctimai Rəy Fondunun sorğusunun nəticələri açıqlanıb.
Respondentlərin əksəriyyəti -77%-i dövlət başçısına "daha çox güvənir". Respondentlərin 14%-i prezidentə "daha çox etibar etmirəm" deyib. Digər 9% isə cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 79%-i hesab edir ki, Putin öz vəzifəsində kifayət qədər yaxşı işləyir, 10%-i isə onun kifayət qədər zəif işlədiyinə əmindir. Respondentlərin 11%-i cavab verməkdə çətinlik çəkib.
İRF sorğusu dekabrın 23-25-də Rusiyanın 53 regionunda 104 yaşayış məntəqəsində 18 və daha yuxarı yaşda olan 1,5 min respondent arasında aparılıb. Sorğu metodu respondentin yaşayış yeri üzrə müsahibədir. Statistik səhv 3,6%-dən çox deyil.