RUSİYA

Putinin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir - Peskov

Kreml sözçüsü bildirib ki, pandemiyanın nəticələrini nəzərə alaraq, bütün bunlar prezidentin təhlükəsizliyinə və sağlamlığına cavabdeh olan şəxsləri ehtiyat tədbirləri görməyə məcbur edir.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin epidemioloji səbəblər nəzərə alındığına görə jurnalistlər ilə görüşü pandemiyadan əvvəlki kimi olmayacaq.
"Düzünü desəm, çətin ki, pandemiyadan əvvəlki kimi tam eyni olacaq, gizlədəcək heç nə yoxdur. Görürsünüz ki, mutasiya prosesləri gedir və epidemioloji qrip dalğalarının necə güclü olduğunu görürsünüz. ", - deyə Peskov Putinin jurnalistlərlə görüşünün pandemiyadan əvvəlki kimi olması üçün hansı şəraitdə olmalıdır sualına cavabında deyib.
Kreml sözçüsü bildirib ki, pandemiyanın nəticələrini nəzərə alaraq, bütün bunlar prezidentin təhlükəsizliyinə və sağlamlığına cavabdeh olan şəxsləri ehtiyat tədbirləri görməyə məcbur edir. Çünki belə şəraitdə dövlət başçısının sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir.
"Ona görə də tezliklə əvvəlki kimi olacağını gözləmək düzgün olmazdı. Amma dalğalar azalaraq ən aşağı nöqtəyə çatdıqca, təbii ki, jurnalistlərlə daha çox ünsiyyət qurmaq mümkün olacaq", – o əlavə edib.