CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Dövlət Sosial Müdafiə Fondunun gələnilki büdcəsini təsdiqləyib

Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin gəlirləri 6 milyard 263 milyon 970 min manat, xərcləri 6 milyard 263 milyon 970 min manat məbləğində təsdiq edilib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Prezident İlham Əliyev "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin gəlirləri 6 milyard 263 milyon 970 min manat, xərcləri 6 milyard 263 milyon 970 min manat məbləğində təsdiq edilib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun büdcəsi 2018-2023-cü illər ərzində 2.5 milyard manat, yaxud 67% artıb.
Növbəti il üçün transfert 1 milyard 468 milyon manat həcmində müəyyən olunub. Xərclərin 97 faizi və yaxud 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Əmək pensiyalarının ödənilməsinə 5 milyard 907 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 170 milyon manat vəsait sərf olunacaq.