BAKI, 30 dekabr - Sputnik. Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev dekabrın 30-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hacıyev bu il mayın 4-dən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi idi.