AZƏRBAYCAN XƏBƏRLƏRİ

Nazirlik bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bununla bağlı mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş rejimdə işləyəcək.
Sputnik Azərbaycan nazirliyə istinadən xəbər verir ki, bunun üçün müvafiq tədbirlər həyata keçirilib, tabeli qurumlara, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.