Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Hesablama Palatasına yeni auditor təyin olunub

Komitə sədri qeyd edib ki, 2007-ci ildən Hesablama Palatasında şöbə müdiri və aparat rəhbəri vəzifələrində çalışan Vüqar İbrahimov palatanın auditoru kimi də yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
Sputnik
BAKI, 30 dekabr - Sputnik. Hesablama Palatasına yeni auditor təyin olunub.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili son illərdə Milli Məclis ilə Hesablama Palatası arasında peşəkar əlaqələrin inkişaf etdiyini qeyd edib, həm dövlət büdcəsi layihələrində, həm onların icrasında, həmçinin qanun layihələrinə rəy verilməsi sahəsində parlamentlə palata arasında səmərəli əlaqələrin qurulduğunu vurğulayıb.
Komitə sədri qeyd edib ki, 2007-ci ildən Hesablama Palatasında şöbə müdiri və aparat rəhbəri vəzifələrində çalışan Vüqar İbrahimov palatanın auditoru kimi də yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.