NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada təbii qaz yenidən bahalaşmağa başlayıb

Yanvar fyuçerslərinin qiyməti TTF indeksi üzrə 924,5 dollar təşkil edib.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1000 kubmetrinin qiyməti 920 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
29 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 924,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (891,6 dollar) ilə müqayisədə 3,7% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib. (APA)