RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynadan atılan raket Belarus ərazisinə düşüb

"BELTA"nın məlumatında qeyd olunur ki, bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid raket Belarus ərazisinə düşüb.
Bu barədə "BELTA" məlumat yayıb.
"Bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb", - məlumatda deyilir.
Həmçinin əlavə olunub ki, yaranmış fövqəladə vəziyyətlə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb (APA).