RUSİYA

Peskovdan Paşinyanın sözlərinə münasibət: Azərbaycanın razılığı olmalıdır

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsinə dair ideyasına münasibət bildirərkən deyib.
"Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır", - Peskov bəyan edib.
Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşiniyan parlamentdə çıxışı zamanı bildirmişdi ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya bölgəyə çoxmillətli əlavə sülhməramlı kontingent göndərilməlidir.