RUSİYA

Lavrov: Rusiya Azərbaycan-Ermənistan danışıqlarına hər cür yardım göstərir

XİN başçısı deyib ki, Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novosti-yə müsahibəsində "Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi", sualına cavabında bildirib.
O, həmçinin qeyd edib ki, bu sualı danışıqları aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: "Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər". (APA)
Xatırladaq ki, sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə etmək üçün dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin rəsmi İrəvanın görüşdə iştirakdan imtina etməsi səbəbindən danışıqlar ikitərəfli formatda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında aparılıb.