RUSİYA

KTMT Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır - Zaxarova

Rusiya XİN rəsmisi bildirib ki, əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) köməyinə ümid edərsə, o zaman erməni tərəfi maraqlı olarsa, KTMT Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Moskva ölkələr arasında dialoqu təşviq etməyə imkan verən mövte tutur və bu onu effektiv şəkildə həyata keçirməyə imkan verir. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün əsas olan yüksək səviyyəli üçtərəfli sazişlərin bütün spektrinə arxalanır", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) köməyinə ümid edərsə, o zaman erməni tərəfi maraqlı olarsa, KTMT Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində Azərbaycan və Ermənistanla strateji əlaqələri olan Rusiyanın onların arasında sülh müqaviləsinin imzalanması prosesinə hər cür köməklik göstərdiyini bildirib.