VİDEO

Bakı 2023-cü il ərəfəsində necə görünür?

Yeni il ərəfəsində Bakıda parlaq bayram çələngləri və işıq qurğuları quraşdırılıb. Şəhərin mərkəzində yeni il yarmarkaları, bayram konsertləri keçirilir. Daha ətraflı - videoda.
Sputnik
Ən əyləncəli və çoxdan gözlənilən bayrama - Yeni ilə sayılı günlər qalıb. Bakının uşaq və böyüklərinin sevimli bayramı şəhərdə kütləvi şənliklər, səs-küylü yarmarkalar və əyləncəli konsertlərlə parlaq şəkildə qeyd olunur.
Şəhər Yeni ilə hərtərəfli hazırlaşıb: paytaxtın mərkəzi Yeni il simvolları və çələngləri olan işıqlarla bəzədilib. Paytaxt sakinlərinin və qonaqlarının sevimlisi olan Nizami küçəsi də işıqlı yolkalar və şaxta effekti yaradan çələnglərlə bəzədilib. Paytaxtın tam mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər - İsti Ürək" xeyriyyə yarmarkası keçirilir.
Bu il bayram münasibətilə Neftçilər prospekti ilə yanaşı, Yusif Səfərov və Niyazi küçələri, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də bəzədilib. "Azneft" dairəsində ənənəvi olaraq unikal Yeni il yolkaları ansamblı yaradılıb.