BAKI, 29 dekabr — Sputnik. Tərbiyəçi-müəllim vəzifəsi üzrə aşağıda qeyd olunan məktəbəqədər təhsil müəssisələrinə faktiki yaşayış yeri üzrə reytinqə uyğun namizəd olmadığına görə vakansiya seçiminə start verilir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilərlər.
Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə (https://docs.google.com/forms/d/e/1FAIpQLSf8kdpAYN2oJ-8VnwnOg2q2brneIvvKrx9pkHfgN_pUF11a8w/viewform) daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 6 yanvar saat 18:00-dək davam edəcək.