RUSİYA

Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri Moskvada danışıqlar aparıblar

Görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini qeyd ediblər.
Sputnik
BAKI, 28 dekabr - Sputnik. Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri Moskvada üçtərəfli danışıqlar apararaq, Suriya böhranının həlli yollarını müzakirə ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 28-də Moskvada Rusiya Federasiyası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında üçtərəfli danışıqlar aparılıb. Onlar Suriya böhranının və qaçqınlar probleminin həlli yollarını, Suriyada ekstremist qruplarla mübarizədə birgə səyləri müzakirə ediblər”, - deyə Nazirlikdən bildirilib.

O da qeyd edilib ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.