AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Bakıda DOST Mərkəzinin açılışında iştirak edib - FOTO

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışı olub.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında
Xatırladaq ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.
Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub.
Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında
9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST mərkəzinin açılışı baş tutub.