HƏRBİ

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində toplantı keçirilib - FOTO

Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində 2022-ci ilin yekunlarına dair toplantı keçirilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, toplantıda Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzələr dinlənilib.
Şəxsi Heyət Baş İdarəsində cari ilin yekunlarına dair toplantı keçirilib
Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.