BAKI, 28 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülür.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
O qeyd edib ki, onun müraciətini müxtəlif ölkələrdən parlament sədrləri, millət vəkilləri də dəstəkləyəcəklər.
Qeyd edək ki, Nobel Sülh Mükafatı dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.