VİDEO

Dünya böhranı Azərbaycan iqtisadiyyatına necə təsir edib

Dünya böhranı Azərbaycan iqtisadiyyatına necə təsir edib və 2023-cü ildə ölkəni nələr gözləyir.
Sputnik
Dünya iqtisadiyyatında baş verən qlobal və mənfi dəyişikliklər Azərbaycan iqtisadiyyatına təsir etməyə bilməzdi - ölkə faktiki olaraq qlobal problemləri, xüsusən də inflyasiya şəklində "idxal edib". Bunu "Odlar Yurdu" Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ötən ilin yekunlarını açıqlayaraq deyib.
"Həqiqətən, bu il asan keçməyib. Ancaq eyni zamanda, universal makroiqtisadi göstəricilərə diqqət yetirsək, bizdə əvvəlki illə müqayisədə müsbət tendensiyaların olduğunu qeyd etmək olar. Bunlar gözlənilən ÜDM artımı ilə əlaqədardır ki, bu da əvvəlki dövrlə müqayisədə daha əhəmiyyətlidir", - deyə Məmmədov bildirib.