BAKI, 28 dekabr — Sputnik. Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.