BAKI, 28 dekabr — Sputnik. Amerikalı komediya ustası Çarli Çaplinin nəvəsi olan ispan aktrisa Una Çaplin Rusiyaya dəstək nümayiş etdirib. Sənətçi "İndependent"ə müsahibəsində baş rollardan birini canlandırdığı "Vətənə xəyanət" serialının çəkilişlərindən danışıb.
Çaplinin sözlərinə görə, əvvəlcə serialda "rus" personajları olmayıb, lakin rejissorlar onların görünmələrində və mənfi olmasında israr ediblər.
Bu, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra baş verib. Aktrisanın dediyinə görə, prodüserlər "daha çox baxımlı olmaq" üçün seriala "rus" yaramazlarını da əlavə ediblər.
Çaplin "rusların pis adamlar olmasından bezdiyini" söyləyib. Aktrisa Qərbin Rusiya Federasiyasına qarşı apardığı "ideoloji müharibə"nin keçmişdə qalmasını arzulayıb.
Xatırladaq ki, 70 il əvvəl Çarli Çaplin Rusiyaya müsbət münasibətinə görə Hollivudun etibarsız fiqurları siyahısında olub.