CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova: Azad edilmiş ərazilərdə iki ailə mərkəzinin açılması planlaşdırılır

Bakıda daha üç ailə mərkəzinin tikiləcək ki, bu da məişət zorakılığı ilə bağlı problemlərin səmərəli həllinə kömək edəcək.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə iki ailə mərkəzinin açılması planlaşdırılır. Bu ailə mərkəzinin biri Zəngilanda olacaq". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova deyib.
Komitə sədri Bakıda daha üç ailə mərkəzinin tikiləcəyini də qeyd edib.
Onun sözlərinə görə, bu mərkəzlərin yaradılması məişət zorakılığı ilə bağlı problemlərin səmərəli həllinə kömək edəcək.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında deyib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir.
idiyyəti dövlət qurumları ilə birgə bu məsələsinin üzərində iş aparırıq. Mövcud olan sığınıcaqların sayında müəyyən çatışmazlıqlar var və bunun həlli üçün aidiyyəti qurumlarla bağlı işlər görülür.
"Ümumilikdə ölkədə 9 yardım mərkəzi var. Hazırda işləyənlərin 8-i qeyri-dövlət müəssisəsi, biri isə dövlət müəssisəsidir. Onlardan üçü sığınacaq xidməti göstərir. Onlardan biri də Gəncədədir. Onların çarpayı sayı məhduddur. Ona görə də yaxın zamanlarda bunu həll edəcəyik”-deyə o bildirib.