CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilmiş ərazilərdə çalışan mütəxəssisə 600 manat müavinət veriləcək

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilib.
Sputnik
BAKI, 28 dekabr - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
APA xəbər verir ki bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Bu Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.