Avropa Şurasının Prezidenti Çarlz Mişel deyib ki, "Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünü "dayandırmaq" mexanizmini hazırlamaq lazımdır.
Avropa Birliyi (və Avropa Şurası - Avropa Komissiyası və Avropa Parlamenti ilə birlikdə onun sistem quran institutu), beləliklə, İkinci Dünya Müharibəsinin nəticələrini nəzərdən keçirməyə başlamağa hazırlaşır.
Və burada Avropanın ən yüksək rəhbərlərindən birinin sözlərində ikinci məna axtarmamalısınız – söhbət, həqiqətən də, aktivlərinin dondurulması yolu ilə Rusiyanın qarət edilməsinin, sanksiyaların köməyi ilə "Rusiya iqtisadiyyatını parçalamaq" cəhdinin ardınca nasizm üzərində qələbə faktını və SSRİ-nin nasist reyxinin və onun əlaltılarının məğlub edilməsinə verdiyi töhfəni ləğv etməkdən gedir. Doğrudur, Hitlerin çevrəsinə kimlərin daxil olduğuna diqqət etsək, indiki Aİ-yə üzv olan dövlətlərin əhəmiyyətli bir hissəsini orda tapa bilərsiniz. Ancaq biz bunu, hələlik, sadə bir coğrafi təsadüf hesab edəcəyik.
Tarixi faktlara müraciət edək. BMT, kim nə deyirsə-desin, etsin, güclərin - Reyxin qaliblərinin (SSRİ, ABŞ, İngiltərə, həmçinin Fransa, general de Qollun səyləri və hərəkat üzvlərinin nasizm müqavimətinə qarşı mübarizədə verdikləri canlar bahasına bu dairəyə qəbul ediliblər) təşəbbüsü ilə yaradılıb. Ona görə də məhz onlar Təhlükəsizlik Şurasının veto hüququ ilə daimi üzvləri kimi bu beynəlxalq təşkilatın ali orqanına daxil olublar.
BMT Təhlükəsizlik Şurasındakı hər bir kürsünün qiyməti qanla ölçülür.
Bunlar on milyonlarla və yüz minlərlə ölü - hərbçilər və mülki şəxslərdir. İşgəncələrə məruz qalan, güllələnən, yaralardan, aclıqdan və məhrumiyyətlərdən dünyasını dəyişənlər. Bu kürsülər, müsyö Mişel bu haqda nə qədər fikirləşmək istəsə də, o və təcavüzkarları buna nə qədər israr etsələr də, BMT-nin İst-Riverdəki binası üçün sadəcə mebel və interyer dizaynı deyil. Onlar heç kresloya qoşulmuş mikrofon da deyil.
Avropa Şurasının cənab prezidentinin maraqlı ictimaiyyəti Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünü hansı motivasiya ilə "dayandırmalı olduğuna" da diqqət yetirməyə dəyər.
Heç demə, "Rusiya beynəlxalq hüququ pozur".
Gəlin bir daha tarixə ekskursiya edək.
Avropada beynəlxalq hüququn və təhlükəsizliyin hüquqi sənədlərlə tənzimlənən müasir strukturu, demək olar ki, tamamilə üç beynəlxalq konfrans zamanı imzalanmış sənədlər əsasında yaradılıb. Bu, Tehran-43, bu, Yalta-45 və bu, Potsdam - 45-də - lakin Avropada müharibə bitdikdən sonra (Yaponiya ilə müharibə hələ də davam edirdi) baş verib.
Məhz orada bütün bugünkü dünya düzəninin memarlığı qoyulub və xatırlatmaq yerinə düşər ki, SSRİ-dən başqa, Ukrayna və Belarus da BMT-nin özündə də üzv olublar. Çünki Moskva belarusların və ukraynalıların faşizmin məğlubiyyətinə hansı töhfələr verdiyini izah edərək, bunu təkid edirdi. Həm də qan bahasına.
Yalta və Potsdamda keçirilən görüşlərdə işlənmiş müddəaların pozulması, imzalanmış sənədlərin mürəkkəbi quruyan kimi, demək olar ki, dərhal başladı. Bir il keçməmiş, 1946-cı ilin martında Qərb bizə soyuq müharibə elan etdi.
Bəli, "Dəmir pərdə" haqqında, "diktaturanın başlanğıcı" haqqında, azad dünyanın üzərində qalınlaşan "şərqdən gələn təhdid qaranlığı" haqqında bir neçə gözəl sözlər deyildi, amma əslində bütün bu ritorika tamam başqa məqsədə - silahlanma yarışına başlayaraq, ölkəmizi yıxmağa, iqtisadiyyatın inkişafının qarşısını almağa, Avropa hissəsi xarabalığa çevrilmiş ölkəni bərpa etmək üçün zərrə qədər şans belə verməməyə xidmət edirdi.
O vaxt beynəlxalq hüququ biz pozmamışdıq. Onlar pozmuşdu. Bütün razılaşmalara biz tüpürməmişdik, bunu, dərhal NATO-nun yaradılmasına başlayan onlar etmişdilər. Kimsə unudubsa və ya bilmirsə, 1949-cu il idi. Varşava Müqaviləsi Təşkilatı cavab olaraq altı il sonra, 1955-ci ildə ortaya çıxdı.
Avropa qitəsində o vaxtkı qarşıdurmanın təşəbbüskarı biz deyildik, onlar idi.
Bir vaxtlar "Silah qardaşları" sayılanlara verilən sözə hörmətsizlik xarici siyasət aparmaq tərzimiz deyil. Bir daha təkrar edirik: biz ancaq bizə təklif olunan düşmənçiliyə və bu düşmənçiliyin ölkəmizin varlığına yaratdığı təhlükəyə cavab veririk.
Bu gün hakimiyyətin ən yüksək eşelonunda olan Avropa bürokratlarını belə narahat edən beynəlxalq hüququn pozulması, əslində, bu beynəlxalq arenada işlərin görülməsinin sırf Avropa tərzidir.
Müzakirə zamanı yalan danışmaq, həmsöhbətləri çaşdırmaq, demaqogiya, ayrı-ayrı danışıqlar isə planların həyata keçirilməsi üsuludur. Bizimki deyil. Qərbin üsulu.
Anti-Hitler koalisiyasındakı tərəfdaşlardan birinin arxasında ümumi düşmənlə konsensus axtarmaq, eyni zamanda bu tərəfdaşdan döyüş meydanında hərəkətləri sürətləndirməyi və gücləndirməyi xahiş etmək - gizli İngilis-Amerika-Alman əməliyyatı olan "Sanrayz"ın təfərrüatlarını sadalamağa dəyməz (ingilislər onu "krossvord" adlandırıblar). Üstəlik, o, Londonun və Vaşinqtonun Stalini tələsdirdikləri, Qırmızı Ordunun Visla-Oder hücumunun hazırlanması zamanı gedirdi. Bu, hamıya çoxdan məlumdur.
Şərqi və Mərkəzi Avropanı viran qoyan İkinci Dünya Müharibəsi və qitəni nasist vəbasından azad edənin məhz SSRİ olması bu gün tikan kimi bu ölkələrin liderlərinin siyasi dabanlarına batır.
Avropanı Reyxin diktaturasından təmizləyərək çəkdiyimiz şücaət və fədakarlıqların ictimai şüurda "zorakılıq, repressiya və vətəndaş azadlıqlarının boğulması alətinə" çevrilməsi üçün hər şeyi etmək –bugünkü "maarifçi avropalılar"ın vahid ailəsinin geosiyasi vəzifələrindən biridir. Və o, hamımızın müşahidə etmək imkanımız olduğu kimi, böhranın hazırkı mərhələsindən çox əvvəl həll olunmağa başladı.
Sadəcə olaraq, hadisələr yerli xarakter daşıyır və ümumi mənzərəyə çox tədricən çevrilirdi.
Bu gün yeni mərhələ başlayır.
Onun konturları, ümumiyyətlə, aydındır.
Avropanı "beynəlxalq hüququn təcavüzkar və pozucusu, vətəndaş azadlıqları və tərəqqinin düşməni"olan SSRİ azad edib, o cümlədən AB-nin yaradılmasına töhfə vermədi, bütün bunları Avropa özü etdi.
Əlbəttə ki, cəsarətli Amerika GI-lərinin (salam, xilas edilmiş sıravi Rayan), ingilis və qismən fransız qoşunlarının köməyi ilə.
SSRİ isə lend-liz çərçivəsində ona verilən karvanda yol boyu soyğunçuluqla məşğul olub çini dəstləri və qadın gecə paltarlarını qarət edir, "oğurluq" və ölüləri soymaq" kimi məşğuliyyətlərin arasında milyonlarla alman qadını"nı təcavüz etməyi də unutmurdu.
Nə etmək olar, ruslar "barbarlardır". Bu "barbarlar" və "bolşevik qoşunları" Qərb siyasi elitasının o vaxtkı işıqlarının müəyyən nəzarətsizliyi və sadəlövhlükləri ilə BMT Təhlükəsizlik Şurasında hətta səsləri əngəlləmək hüququ ilə yer aldılar.
Nəzarətdə buraxılmış səhv təcili olaraq (təbii ki, tarixi mənada) düzəldilməlidir. Bu "beynəlxalq hüququ pozan" Rusiyanın əvəzinə məhz Almaniyanı Təhlükəsizlik Şurasına daxil etmək lazımdır. Bir ölkə olaraq pasifizm, siyasi düzgünlük, beynəlxalq hüququn bütün normalarına ciddi riayət etmək nümunəsidir. Həmişə. Bütün dövrlərdə.
Maddi cəhətdən dəstəklənən müəyyən səylərlə, çox güman ki, bir müddət sonra Hitlerin Avropanı (Birləşmiş) "bolşevik ordularından", kommunist diktaturasından və ideologiyasından xilas etmək üçün müharibəyə başladığını eşitmək mümkün olacaq.
Hazırda və bu gün bu, hələ ki, ağlasığmaz görünür.
Ancaq Qırmızı Ordu əsgərlərinin Berlinə hücum etdiyi anlarda İngiltərə Baş Qərargahında hazırlanan əməliyyat məhz belə adlandırılmışdı.
"Ağlasığmaz" planı SSRİ-yə qarşı müharibəyə başlamağı nəzərdə tuturdu. Sovet qoşunları o vaxtkı reyxin paytaxtına girdikdən dərhal sonra.
Beləliklə, Avropadan Rusiyanın üzvlüyünün "Təhlükəsizlik Şurasında dayandırılması lazım olduğunu" söylədikdə, bu, heç bir halda boş danışıq və ya fərziyyə deyil. Bu, sadəcə olaraq planın bir hissəsinin icazə verilən sızmasıdır. O, necə deyərlər, çox güman ki, artıq aktivləşdirilib. Hansı ki, təsdiq edilib. Nə öz məğlubiyyəti ilə, nə də bizim qələbəmizlə barışmayanların hamısı tərəfindən. Və qisas almaq üçün öz saatlarını gözləyirlər. Şücaətlərinin əvəzini on milyonlarla canla ödəmiş qaliblərin və uduzanların yerlərini dəyişdirməklə.
Bu gün bizi Qələbəmizdən məhrum etməyi dünyada hər şeydən çox istəyən uduzanlar və təslim olanlar.