Bütün məsələlər razılaşdırılıb - Lukaşenko

Dünən tərəflər bir çox məsələləri müzakirə ediblər, "i" nöqtəsini qoyublar, nəhayət, bütün məsələlər üzrə razılığa gəliblər.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Dünən bir çox məsələləri müzakirə etdik, "i"nin üzərinə nöqtəsi qoyuldu, nəhayət, bütün məsələlər üzrə razılığa gəlindi. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
"Deməliyəm ki, dünən bu çay süfrəsində və axşam saatlarında evə qayıdarkən biz bir çox məsələləri müzakirə etdik. Bəzən bəzi dövlətlər üçün bununla bağlı illər tələb olunur, lakin biz Minsk dialoqunu davam etdirərək başa çatdırdıq. Söhbət əsasən iqtisadiyyatla bağlı idi", - deyə Belarus lideri qeyd edib.
Lukaşenka Putinə təşəkkür edib.
"Hökumətlərimiz onları təkmilləşdirəcək. Artıq suallar yoxdur. Ona görə də sizə təşəkkür edirəm”, - deyə Belarus prezidenti bildirib.