BAKI, 27 dekabr — Sputnik. "Əldə olunmuş razılığa uyğun olaraq dövlət nümayəndələrimizin sülhməramlıların nəzarətində olan ərazilərdəki yataqlara baxışı baş tutmadı. Bu onunla izah edildi ki, nümayəndələrimizin qarşısı yerli əhali tərəfindən alınıb".
Bu sözləri 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Amma biz anlayırıq ki, bu əvvəlcədən hazırlanmış provokasiya idi. Düşünürdülər ki, belə addımla hansısa nəticə əldə edəcəklər. Biz monitorinqlərlə bağlı prosesə ötən il noyabrından başlamışıq. Son iki ayda bu yataqlarda işlərin intensivləşməsi baş verdi. Nəticədə ekofəallar tərəfindən aksiyalara start verildi. Yenə də onu qeyd etmək istərdim ki, Üçtərəfli bəyanat bir çox məsələlərin həllinə cavab verir və o qüvvədədir. Sülhməramlıların mandatı ilə bağlı isə hər hansı əlavə sənəd hazılanmayıb və bununla bağlı iş aparılmır".