RUSİYA

ABŞ Rusiya prezidentini fiziki olaraq məhv etməklə hədələyir - Lavrov

Rusiyanın xarici işlər naziri bildirib ki, Qərbin Rusiyanı tamamilə cilovlamağa yönəlmiş siyasəti nüvə güclərini birbaşa silahlı toqquşmaya sürükləmək riskini daşıyır.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Pentaqonun "adı açıqlanmayan rəsmiləri"nin Kremlə öldürücü zərbə vurmaqla bağlı bəyanatları əslində Rusiya dövləti başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən xəbər verir. Bunu TASS-a Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Vaşinqton çox uzağa gedib: Pentaqonun bəzi "adı açıqlanmayan rəsmiləri" əslində Kremlə öldürücü zərbə vurmaqla hədələdilər, əslində söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir. Əgər bu cür ideyalar həqiqətən kimsə tərəfindən bəslənirsə, həmi şəxslər belə planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidirlər", - Rusiya XİN rəhbəri bildirib.
Onun fikrincə, Qərbin Rusiyanı tamamilə cilovlamağa yönəlmiş siyasəti nüvə güclərini birbaşa silahlı toqquşmaya sürükləmək riskini daşıyır.
Lavrov vurğulayıb ki, Qərbdə Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək üzrə olduğu ilə bağlı məsuliyyətsiz spekulyasiyalar daim yayılır.
"Söhbət tamamilə fərqli bir şeydən gedir: Qərbin ölkəmizi tam cilovlamaq kursu son dərəcə təhlükəlidir. Bu, nüvə güclərinin birbaşa silahlı toqquşmaya sürükləmək riskini daşıyır", - Rusiya XİN rəhbəri vurğulayıb.
Moskva bir daha bəyan edir ki, nüvə müharibəsində qaliblər ola bilməz və bu, heç vaxt baş verməməlidir", - deyə rusiyalı nazir bildirib.