DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail təhlükəsizlik xidməti terror aktının qarşısını alıb

Dekabrın 14-də İordan çayının qərb sahilində bir neçə fələstinli terror aktına cəhddə iştirakda şübhəli bilinərək saxlanılıb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. İsraildə terror aktının qarşısı alınıb.
Bu barədə bazar ertəsi İsrailin Baş Təhlükəsizlik Xidməti "Şabak"a istinadən "Times of Israel" qəzeti yazıb.
Qeyd olunur ki, dekabrın 14-də İordan çayının qərb sahilində bir neçə fələstinli terror aktına cəhddə iştirakda şübhəli bilinərək saxlanılıb.
Məlumata görə, hücum planı Qəzza zolağından Fələstin silahlı qrupları, Əl-Əqsa Şəhidləri Briqadası və Xalq Müqavimət Komitəsi tərəfindən istiqamətləndirilib.
Şabakın sözlərinə görə, qruplar yanğınsöndürəndə gizlədilmiş bombadan istifadə edərək terror aktı törətməyi planlaşdırıblar.