RUSİYA

Rusiya Federasiyası nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi edəcək

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya tərəfi üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi edəcək.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Rusiya tərəfi nüvə fəlakətinin və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi edəcək.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rossiyskaya qazeta" üçün yazdığı məqaləsində bildirib.
Onun sözlərinə görə, Rusiya maksimum təhlükəsizlik zəmanəti almadığı təqdirdə gərginlik qeyri-müəyyən müddətə davam edəcək.
Eyni zamanda, sədr müavininin sözlərinə görə, dünya üçüncü dünya müharibəsi və nüvə fəlakəti astanasında tarazlığı saxlamaqda davam edəcək.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də Ukrayna Prezidenti Vladimir Zelenskinin Qərbi üçüncü dünya müharibəsinə sövq etmək istədiyi barədə fikir bildirmişdi.