RUSİYA

Putin Medvedevi yeni vəzifəyə təyin edib

Medvedyev bundan sonra Putinin əvəzindən iclaslar keçirə, komissiyanın səlahiyyətlərinə aid olan məsələlərə baxmaq üçün onun fəaliyyət istiqamətləri üzrə şuralar və işçi qrupları yarada, təkliflər hazırlaya bilər.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dövlət başçısının müvafiq sərəncamı ilə Dmitri Medvedevi onun rəhbərlik etdiyi Hərbi Sənaye Komissiyasında və Hərbi Sənaye Kompleksi Kollegiyasında birinci müavin vəzifəsinə təyin edib.
Xatırladaq ki, Medvedev həm də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibidir.
Komissiyaya Rusiya Federasiyasının Prezidenti rəhbərlik edir.
Sənəddə qeyd olunur ki, komissiya sədrinin müavini sədrin tapşırığına əsasən hərbi sənaye kompleksinin iclaslarını keçirə bilər. O həmçinin, "komissiyanın səlahiyyətlərinə aid olan məsələlərə baxmaq üçün onun fəaliyyət istiqamətləri üzrə şuralar və işçi qrupları yaratmaq, onların həlli üçün təkliflər hazırlamaq hüququna malikdir".
Komissiyanın tərkibinə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov da daxildir. O bu postda əvvəllər Federal Antiinhisar Xidmətinə rəhbərlik etmiş İqor Artemiyevi əvəz edir.
Hərbi-sənaye kompleksinin idarə heyətinin sədri baş nazirin müavini - sənaye və ticarət naziri Denis Manturovdur.