Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi sammiti başlayıb. Onun işində Rusiya prezidenti Vladimir Putin də iştirak edir.
Sammit 26-27 dekabr tarixlərini əhatə edəcək.
Ölkələrin liderləri 2022-ci ilə yekun vuracaq və Birlik üçün ən aktual sahələrdə gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər.
Qeyd edək ki, MDB məkanında Qarabağ probleminin nizamlanması və Qırğızıstan-Tacikistan sərhədindəki qeyri-sabitlik mövzusu hələ də aktual olaraq. Yeni mövzular içində Rusiya, Qazaxıstan və Özbəkistan arasında qaz üçün “üçlü ittifaq”ın yaradılması perspektivi də var.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev də MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.