RUSİYA

Paşinyan Rusiyaya getdi: Qeyri-rəsmi görüşdə iştirak edəcək

Ermənistanın Baş naziri 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün planlaşdırılmadığını açıqlayıb.
Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.