TƏHLİL

Bu il Bakıda nə qədər müəllim işə qəbul edilib?

Cari tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Bakıda 2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 2334 vakansiya təqdim olunub və 2012 nəfər işə qəbul edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqələr nəticəsində 2012 nəfər işə qəbul olunub.
Bunlardan: 795 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 1098 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində; 119 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 322 ixtisaslı kadr dəvət edilib.