MƏDƏNİYYƏT

Bu il Azərbaycanda nümayişi keçirilən dünya filmləri hansılardır?

Yola salacağımız ildə Azərbaycanda bir çox dünya filmləri nümayiş olundu. Sputnik Azərbaycan 2022-ci ildə Azərbaycanda nümayiş olunan dünya filmlərini təqdim edir.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. 2022-ci ilin bitməsinə saylı günlər qalıb. Pandemiya dönəmində bağlı qalan kinoteatrlarımız yola saldığımız ildə qanaql-qaralı oldu. Sputnik Azərbaycan 2022-ci ildə Azərbaycanda nümayiş olunan dünya filmlərini təqdim edir.
Park Cinemadan verilən xəbərə görə, 2022-ci ildə ilk nümayiş olunan film qardaş Türkiyədən gəlib. "Benden ne olur?" 21 yanvarda "Flame Towers"də nümayiş olundu. Filmin nümayişində Hazal Kaya, Selin Şekerci, Leyla Atay, Enis Arıkan və filmin ssenari müəllifi Aslı Kızmaz iştirak etdilər.
İkinci nümayiş olunan film isə "ANKA"dır. Sözügedən film fevralın 3-də "Flame Towers"də nümayiş olundu. Bu filmçin nümayişinə də qardaş ölkənin aktyorları Ozan Akbaba, Uğur Uzunel, Engin Hepileri, Atilla Şendil qatılmışdılar.
Kinonun təqdimatı zamanı
Fevralın 24-dən etibarən Azərbaycan kinoteatrlarında Frensis Ford Koppolanın "Xaç atası" filmi nümayiş olundu.
Növbəti nümayiş də Türkiyənin istehsalı olan "Bergen" filmi oldu. 16 mart tarixində "Flame Towers" təşkil olunan qala gecəsinsə filmdə Bergeni canlandıran Farah Zeynep Abdullah, Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və Ali Seçkiner Alıcı qatılıb.
Yay aylarında da nümayişlərini davam etdirən kinoteatrlarımız "Minyonlar: Qrüvitasiya", "Tor: Məhəbbət və Ildırım", "Super ev heyvanları" nümayiş olundu.
Kinonun təqdimatı zamanı
Bu ilin sonuncu nümayişi isə dekabrın 7-də "Flame Towers"də baş tutudu. Belə ki, Türkiyənin "Çakallarla Dans 6" filminin nümayişinə tanınmış aktyorlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu və Murat Şeker iştirak etdilər.
Bundan başqa, ölkəmizdə müxtəlif ölkələrin kino günləri də təşkil olundu.
Azərbaycan Kinematoqrafçılar İttifaqı İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində noyabr ayında "İnqmar Berqmanla üzbəüz" layihəsini həyata keçirdi. İsveç teatr və kinorejissoru dahi İ.Berqman dörd filmi ilə – "Qışqırıqlar və pıçıltılar", "Yeddinci möhür", "Persona" və "Fanni və Aleksandr" tamaşaçıların görüşünə gəldi. Filmlər böyük anşlaqla və qızğın maraqla izlənildi. Tamaşaçılar tərəfindən böyük müzakirələrə səbəb olan filmlər Azərbaycanda ilk dəfə böyük ekranda nümayiş edilirdi.
Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqı bundan əvvəl Fransız İnstitutu ilə Fransa kinosunun klassik nümunələrinin nümayişi proqramı çərçivəsində və "Visla" Polşa Film Festivalı ilə, ən yeni Polşa filmlərinin nümayişi layihələri çərçivəsində əməkdaşlıq edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı Fransa, Polşa, İsveç və Rusiyaya məxsus 15 yeni və klassik film nümayiş etdirdi.
Kinonun təqdimatı zamanı
Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 7-9 dekabrda keçiriləcək kino günlərində filmlərin nümayişi Azərbaycan Dövlət Film Fondunda və Nizami Kino Mərkəzində "Özbəkistan kinosu günləri" baş tutdu. Həmin vaxtlarda 5 özbək filmi nümayiş olundu.
10-11 dekabr tarixlərində Bakıda "Qazaxıstan Kino Günləri" də baş tutdu. Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbir Nizami Kino Mərkəzində baş tutdu.
Qeyd edək ki, kino günlərində proqrama iki film daxil edilmişdi.