FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

ABŞ-ı qar fırtınası bürüyüb: 200 minə yaxın insan işıqsız qalıb - Fotolar

Fırtınanın miqyası demək olar ki, misli görünməmiş olub. O, Kanadanın yaxınlığındakı Böyük göllərdən Meksika ilə sərhəd boyunca Rio-Qrandeyə qədər uzanıb.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. ABŞ-ın müxtəlif KİV-lərinin məlumatına görə, Amerikada güclü qar fırtınası baş verib, fəlakətin qurbanlarının sayı 41 nəfərə çatıb.
"NBC News"un məlumatına görə, dekabrın 25-də qar fırtınası nəticəsində ən azı 41 nəfər həlak olub.
Ölüm halları 10-dan çox ştatda qeydə alınıb: Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Nyu-York, Ohayo, Oklahoma, Tennessi və Viskonsin.
Qeyd edilir ki, fırtınanın miqyası demək olar ki, misli görünməmiş olub. O, Kanadanın yaxınlığındakı Böyük göllərdən Meksika ilə sərhəd boyunca Rio-Qrandeyə qədər uzanıb.
Fırtına xüsusilə Nyu-York ştatının Buffalo bölgəsində dağıdıcı olub.
Yerli media bildirir ki, fırtına nəticəsində ölkədə 200 minə yaxın insan işıqsız qalıb.
1 / 11

Santa Klaus Ayova ştatının Des Moynes şəhərində qarla örtülmüş avtomobil dayanacağında gəzir.

2 / 11

Kommunal xidmət işçiləri Miçiqan ştatının Blumfild-Hills şəhərindəki evlərdə elektrik enerjisini bərpa edirlər.

3 / 11

Sent-Luisdə yorğana bürünmüş adam səkidə gəzir.

4 / 11

Kentukki ştatının Luisville şəhərində qarla örtülmüş binalar.

5 / 11

Kişi Çikaqodakı Miçiqan gölünün qarlı sahilində qaçır.

6 / 11

Kolorado ştatının Denver şəhərindəki Spir bulvarında qarla örtülmüş skuter.

7 / 11

Denverdə fırtınadan sonra qarla örtülmüş plastik flaminqo maketi.

8 / 11

Ayova ştatının Urbandeyl şəhərindəki yerli sakin avtomobil yolunu təmizləyir.

9 / 11

"Buffalo Bills" komandasının azarkeşləri Nyu-Yorkun Orçard parkında "Buffalo Bills" və "Miami Dolphins" arasında baş tutacaq futbol oyunundan əvvəl isinmə zamanı qarla örtülmüş oturacaqlarda otururlar.

10 / 11

Sakinlər Miçiqan ştatının Birmingem şəhərinin mərkəzində gəzirlər.

11 / 11

Tennessi ştatının Neşville şəhərindəki məşhur turist küçəsi olan Brodveyin görünüşü.