BAKI, 25 dekabr - Sputnik. Rusiyanın maliyyə naziri Anton Siluanov ölkəsinə qarşı tətbiq edilən sanksiyaların Avropa üçün kifayət qədər baha başa gəldiyini və yalnız ABŞ-a sərfəli olduğunu bildirib. Bu barədə RİA Novosti “Asharq News”a istinadən xəbər verir.
“Əslində, nə oldu? Amerikalıların həyata keçirmək istədikləri baş verdi - onların Avropa bazarına neft və qaz tədarükü artdı. Bəs Avropa üçün nəyin bahasına başa gəldi bu? Bu, Avropaya inflyasiyanı artırmaq və müəssisələrin rəqabət qabiliyyətini azaltmaq bahasına başa gəldi”, - rusiyalı nazir qeyd edib.
Onun sözlərinə görə, bütün amillər və şərait ABŞ-ın Avropaya daha bahalı qaz tədarük etməyə başlamasına səbəb olub.
"Amerika üçün yaxşıdır, Avropa üçün pisdir", - Siluanov vurğulayıb.