BAKI, 25 dekabr - Sputnik. Pis hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 13-ü reys ləğv edilib. Bu barədə RİA Novosti müvafiq qurumlara istinadən xəbər yayıb.
"Yandex. Cədvəl" xidmətinin məlumatlarına görə, bundan əlavə bazar günü səhər Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda əlverişsiz hava şəraiti üzündən azı 22 reys gecikib.
Beləliklə, bazar günü Moskva vaxtı ilə saat 9.46-a olan məlumata görə, Vnukovoya yeddi reys gecikib, beşi ləğv edilib; Domodedovoda 11 reys gecikib, beşi ləğv edilib.
Şeremetyevo hava limanında isə örd reys gecikib, üç reys təxirə salınıb.