RUSİYA

MDB sammiti çərçivəsində üçtərəfli görüş olmayacaq - Peskov

Dekabrın 26-27-də MDB liderlərinin Sankt-Peterburqda qeyri-rəsmi sammitnin keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
"Bəli. Onlar (Əliyev və Paşinyan - red.) gözlənilir. Amma üçtərəfli görüş nəzərdə tutulmayıb", - deyə Peskov bildirib.
Qeyd edək ki, MDB liderləri bazar ertəsi Sankt-Peterburqda qeyri-rəsmi sammitə toplaşacaqlar. Sammitin dekabrın 26-27-də keçirilməsi planlaşdırılır.