DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyalıların əksəriyyəti döyüş tanklarının Ukraynaya verilməsini dəstəkləmir

Məlum olub ki, respondentlərin 45%-i “Leopards”ın tədarükünün əleyhinə olub, yalnız 33%-i “lehinə” cavabını verib.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Almaniya vətəndaşlarının əksəriyyəti Kiyevə Alman Leopard-2 döyüş tanklarının tədarükünü dəstəkləmir. Bu barədə DPA agentliyi YouGov sosiologiya institutunun təşkil etdiyi sorğuya istinadən məlumat yayıb.
Məlum olub ki, respondentlərin 45%-i “Leopards”ın tədarükünün əleyhinə olub, yalnız 33%-i “lehinə” cavabını verib.
Almaniyalılar arasında keçirilən sorğuda iştirakçıların 22%-i Ukraynaya silah tədarükü ilə bağlı fikir bildirməyə hazır oldmadığını bildirib.
Ukraynaya tankların verilməsinə dəstək əsasən “yaşıllar” tərəfindən dəstəklənir: bu partiyanı dəstəkləyən almaniyalılar arasında respondentlərin 50%-i Ukraynaya tankların verilməsinin tərəfdarı olduğunu bildirib. Eyni zamanda, respondentlərin yalnız 25%-i tədarükün əleyhinə olub.
O da məlum olub ki, Almaniyadakı digər partiyaların seçicilərinin əksəriyyəti Ukraynaya tədarükün aparılmasını dəstəkləmir.
Sorğu dekabrın 16-dan 21-dək aparılıb və 2075 Almaniya vətəndaşı iştirak edib.